BANK

Bankın əsas səhmdarı nizamnamə kapitalını - ARTIRIR
21 AVQUST
957

Bankın əsas səhmdarı nizamnamə kapitalını - ARTIRIR

2016-08-21 21:58:00

NIKOIL | Bankın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 milyon ABŞ dolları məbləğində növbəti tranş daxil edilib.

Bankdan  bildiriblər ki, 10 milyon dollar məbləğində ilk tranş iyulun 29-da banka yerləşdirilib. Bu məbləğin kreditləşməni bütün istiqamətlərdə gücləndirmək məqsədilə istifadəsi planlaşdırılır.

Qeyd edək ki, avqust ayında səhmdarlar tərəfindən növbəti 10 milyon ABŞ dolları məbləğində tranş banka yerləşdiriləcək və sentyabrın sonunda eyni məbləğdə dördüncü tranş daxil ediləcək. Həmçinin sadə aksiyaların emissiyası barədə qərarın elan edilməsi gözlənilir.

Bütün bu əməliyyatlar NIKOIL | Bankın kapitalının artırılması və bankın yeni inkişaf mərhələsinə keçməsi istiqamətində atılan addımlardır./azertag

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275