BANK

Azərbaycanda nağd avroya tələbat artdı
19 AVQUST
465

Azərbaycanda nağd avroya tələbat artdı

2016-08-19 15:54:00

Azərbaycanda bu ilin iyun ayında əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı 18 721,4 min təşkil edib. 

Fins.az-ın verdiyi xəbərə görə, iyun ayında əhalinin avro tələbi may ayı ilə müqayisədə 11 620,1 min və ya 1,6 dəfə artıb. 

Ümumiyyətlə, əhali 2016-cı ildə kommersiya banklarından 99 558,7 min xalis avro alışı həyata keçirib.

Keçən ilin iyununda isə bankların əhaliyə xalis avro satışının həcmi 77 244,3 min təşkil edib.

Əhalinin avroya tələbinin artması əsasən iyun ayında Avropa ölkələrinə tətilə gedənlərin sayının mövsümi olaraq çoxalmasından irəli gəlir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275