BANK

Özəl kredit bürolarının fəaliyyət planı – TƏSDİQLƏNDİ
19 AVQUST
248

Özəl kredit bürolarının fəaliyyət planı – TƏSDİQLƏNDİ

2016-08-19 14:14:00

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və ABA-nın İcraçı direktoru Yunus Abdulov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və “Creditinfo Group” təşkilatının nümayəndələri ilə görüşüb. 

Fins.az APA-ya istinadən xəbər verir ki, ABA-dan verilən məlumata görə, görüş zamanı Azərbaycanda həmin büroların yaradılması ilə əlaqədar atılan addımlar, bu sahədə görülməli olan işlər müzakirə edilib. Eyni zamanda, büroların xaricdə fəaliyyəti, onların yaradılmasının banklar və digər əlaqədar tərəflər üçün faydası barədə fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda bu sahədə görüləcək işləri özündə əks etdirən fəaliyyət planı və qarşıda duran addımlar razılaşdırılıb. 

Qeyd edək ki, “Creditinfo Group” təşkilatı Gürcüstan, Qazaxıstan, Rumıniya kimi ölkələrdə özəl kredit bürolarının yaradılmasında iştirak edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274