BANK

500 milyon insan "neqativ faiz"in əhatəsindədir
18 AVQUST
180

500 milyon insan "neqativ faiz"in əhatəsindədir

2016-08-18 14:48:00

S&P beynəlxalq reytinq agentliyinin son açıqlamarına görə,  təxminən 500 milyon insan mərkəz banklarının mənfi faiz tətbiq etdikləri ölkələrdə yaşayır. S&P-nin hesablamaları göstərir ki, dünyadakı ümumi gəlirin yüzdə 25-i mənfi faiz dərəcələrinin təsir sahəsinə düşür.

Hesabatdakı qiymətləndirmələrə görə, Avropadakı mənfi faiz tətbiqi bankların kredit verməsini təşviq edir, həm də ölkələrdə iqtisadi inkişafı əngəlləyən bir xarakter alıb. Həmçinin hesabatda, Brexit-in Avropadakı mənfi faiz tətbiqi üçün risk yaratdığı, geriləyən sterlinqin, avronun dəyərdən düşməsi müddətini uzatması ehtimalı səsləndirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272