BANK

Dollar Fed protokollarından sonra düşdü
18 AVQUST
2653

Dollar Fed protokollarından sonra düşdü

2016-08-18 09:52:00

Dollar, Çərşənbə günü açıqlanan Fed protokollarının 2016-ci ildə faiz artırımına gedilməsi istiqamətində gözləntiləri azaltması ilə, mühüm pulların hamısı qarşısında dəyərdən düşüb.

Fins.az İnvest.az-a istinadən xəbər verir ki, Fedin İyul ayı görüşünə dair Çərşənbə günü açıqlanan protokollara görə, Fed rəsmiləri iki yerə bölünüblər. Bir çox rəsmilər inflyasiyada uzunmüddətli artımı görmək istəyirlər. Yalnız bundan sonra faiz artırıla bilər.

Mühüm mərkəzi bankların ekspansionist siyasətini davam etdirəcəklərinə dair işarələr qlobal səhmlərin yüksəlməsinə səbəb olub. Qiymətli kağız  bazarları ekspansionist siyasətlərə dair gözləntilərin təsiri ilə dəstəklənir. Digər tərəfdən Fedin 2016-ci ildə faiz artırımına getməsinə dair bazar gözləntilərinin 50%-dən aşağı düşməsi, dolların dəyər itirməsinə səbəb olub.

Fed protokolları, Çərşənbə axşamı günü açıqlamalar verən Fed rəsmilərinə nisbətən daha "göyərçin" qalıb. Nyu-York Fed dədri Vilyam Dadli, Sentyabr toplantısında faizin artırıla biləcəyini demişdi.

Analitiklər bildirirlər ki, iqtisadi artım, məşğulluq və inflyasiyaya dair fikir birliyi olmadan Fed-in həmlə etməsi ehtimal daxilində deyil.

Dollar, Fed stenoqramlarının açıqlanmasının ardınca düşərək avro qarşısında 1.1308 səviyyəsindən əməliyyat olunub (Avro bahalaşıb, dollar ucuzlaşıb).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275