BANK

"Dolların məhdud sayda satışına müdaxilə edə bilmərik" – PALATADAN AÇIQLAMA
17 AVQUST
1437

"Dolların məhdud sayda satışına müdaxilə edə bilmərik" – PALATADAN AÇIQLAMA

2016-08-17 17:45:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların dollar satışına məhdudiyyət qoyulmasından xəbərsizdir. Bu barədə fins.az-ın sorğusuna cavabında Palatanın müşaviri Rüfət Abbasov deyib. Bildirib ki, bazarda qiymətlər tələb və təklif əsaslnda formalaşdığından MBNP bankların dollar satışına müdaxilə edə bilmir.

Eləcə də bax: Banklarda dollar satışına məhdudiyyət – ALIŞ QİYMƏTİ BAHALAŞDI

“Dollar satışına məhdudiyyətin tətbiq edilməsi barədə məlumatımız yoxdur. Biz bu məsələlərə müdaxilə edə bilmərik. Palata ancaq ABŞ valyutasının alış-satış qiymətlərində tətbiq edilən 4 faizlik marja ya əməl olunmasına nəzarət edir”. Xatırladaq ki, son günlərdə banklarda dolların satışında məhdudiyyətlər qoyulub. Ona görə də banklar dolların alış qiymətlərini artırmaq məcburiyyətində qalıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275