BANK

Müflis olan bankların əmanətçilərinə kompensasiya nə vaxt veriləcək? – AÇIQLAMA
17 AVQUST
385

Müflis olan bankların əmanətçilərinə kompensasiya nə vaxt veriləcək? – AÇIQLAMA

2016-08-17 15:51:00

Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinad edərək bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.

Bu barədə Fins.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Əmanətlərin sığortalanması haqqında” qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi  baş verdiyi gündən 7 təqvim günü ərzində “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275