"Amrahbank" ASC bu ay təxminən 2 mln. dollarlıq istiqraz satıb. Bankdan fins.az-a verilən məlumata görə, indiyə qədər bank 10 milyon dollarlıq emissiya edib. Nəticədə 7,5 milyon dollarlıq əməliyyat baş tutub.
Bankda hesab edirlər ki, bu Amrahbank-a olan etimad və inamın göstəricisidir. Qeyd edək ki, hazırda bankın məcmu kapitalı 56 milyon manat təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır