BANK

“NIKOIL Bank”ın nizamnamə kapitalını artıran səhmdar – AÇIQLANDI
15 AVQUST
340

“NIKOIL Bank”ın nizamnamə kapitalını artıran səhmdar – AÇIQLANDI

2016-08-15 14:33:00

“NIKOIL | Bank”ın əsas səhmdarı tərəfindən depozit hesablara vəsaitlərin daxil edilməsi prosesi davam edir.

Bankdan Fins.az-a verilən məlumata görə, bu gün də, “NIKOIL | Bank”ın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 mln. ABŞ dolları məbləğində növbəti tranş daxil edilib.

Xatırladaq ki, 10 mln. dollar məbləğində ilk tranş bu ilin 29 iyul tarixində banka yerləşdirilib. Bu məbləğdən kreditləşmənin bütün istiqamətlərdə gücləndirmək məqsədi ilə istifadəsi planlaşdırılır. 

Qeyd edək ki, avqust ayında səhmdarlar tərəfindən növbəti 10 mln. dollar məbləğində tranş banka yerləşdiriləcək və sentyabr ayının sonunda analoji məbləğli dördüncü tranş daxil ediləcək. Həmçinin, sadə aksiyaların emissiyası barədə qərarın elan edilməsi gözlənilir. Bütün bu əməliyyatlar “NIKOIL | Bank”ın kapitalının artırılması və bankın yeni inkişaf mərhələsinə keçməsi istiqamətində atılan ilk addımlardır.

Bu gün “NIKOIL | Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən  hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə  www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: 

facebook.com/bank.nikoil">https://www.facebook.com/bank.nikoil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275