BANK

Finca Azərbaycandan kreditorlara yeni şərtlər
15 AVQUST 2016
194

Finca Azərbaycandan kreditorlara yeni şərtlər

2016-08-15 14:30:00

“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı yeni müştərilərə də asan şərtlərlə biznes krediti təklif edir.

Təşkilatdan fins.az-a bildiriblər ki, sadə kreditləşmə qaydalarına görə təşkilatın bütün filiallarında yeni müştərilər zaminsiz və girovsuz kredit əldə edə biləcəklər.

Təşkilatın sadələşdirilmiş kredit qaydalarının əsas məqsədi biznes sahiblərinə hazırkı iqtisadi şəraitdə dəstək olmaq, onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir.

FINCA-da krediti olmayan yeni müştərilərdən tələb olunan əsas şərt digər maliyyə qurumlarında müsbət kredit tarixçəsinin olmasıdır.

Biznes təhlili bir telefon zəngi ilə aparılır və uyğun müştərilərə kredit təsdiq olunur. Müştəri zamin və girov olmadan, tək şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşır və müqavilə imzalayaraq vəsaiti əldə edir.

Kreditin müddəti 3-24 ay, faktiki illik faiz dərəcəsi isə (FİFD) 28 faizdən başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304