BANK

NBC Bankdan – MALİYYƏ HESABATI
15 AVQUST
1088

NBC Bankdan – MALİYYƏ HESABATI

2016-08-15 13:06:00

NBC Bank ASC 2016-cı ilin 6 ayı üzrə maliyyə hesabatını açıqlayıb. Fins.az bildirir ki, hesabata əsasən bankın kredit portfeli 131 854 min AZN, problemli kreditləri isə 13 404 min AZN təşkil edib.  Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 10.17% olub. Kreditlər üzrə yaradılmış məqsədli ehtiyatların məbləği 5 046 min AZN təşkil edib və ötən 6 ayda ehtiyatların həcmi 364 min AZN artıb. Vergilər ödənilənədək bankın xalis mənfəəti 2 838 min AZN olub və mənfəətdən vergi ödənilməyib. Faiz gəlirləri 2012-ci ildən bəri ən aşağı həddə -  9 201 min AZN-ə düşüb. Qeyri-faiz gəlirləri isə 2015-ci ilin mənfi dinamikasından çıxaraq 1 240 min AZN təşkil edib. 

Hazırda bankın nizamnamə kapitalı 58 milyon manatdır. Səhmdarların 6-sı fiziki şəxs olmaqla 53 milyona yaxın vəsaitə sahibdirlər. Nizamnamə kapitalında onların payı isə 91.25%-dir. NBC Bank-ın cəmi aktivlərində  ötən altı ayda 14217 min AZN azalma qeydə alınıb və 2015-ci ildə qeydə alınan 167261 min AZN-dən153044 min AZN-ə düşüb. Depozitlər üzrə öhdəliklər 2015-ci ilin yekununda 100 747 min AZN olmuşdusa, bu ilin 1-ci yarısında 74 771 min AZN-ə enib. Fiziki şəxslərin əmanətləri 68 287 544 min AZN olub və depozit portfelində 73,11% təşkil edir. Bu ilin birinci yarısında bankın məcmu kapitalı 51 374 min AZN təşkil edib.  
 

Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı ("NBC Bank" ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunub və bankın lisenziyası bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275