BANK

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" əmanətçilərinə şad xəbər – PALATADAN AÇIQLAMA
15 AVQUST
308

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" əmanətçilərinə şad xəbər – PALATADAN AÇIQLAMA

2016-08-15 12:41:00

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin müştəriləri qorunan əmanətlərinə görə kompensasiyalarını alacaqlar. Bu barədə fins.az-a Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

"Hər iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək. Bunun üçün kifayət qədər resurslar mövcuddur".

R.Abbasov bildirib ki, Ali Məhkəmənin avqustun 11-də keçirilən iclasında "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin əleyhinə qərar qəbul edilsə də, bununla bağlı qətnamə hələ Palataya göndərilməyib.

"Hələ ki, biz məhkəmənin qərarını əldə etməyə çalışırıq. Bununla belə, ilkin hazırlıq işləri aparmışıq. Qətnaməni aldıqdan sonra müvafiq tədbirləri həyata keçirməyi planlaşdırırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272