BANK

Azərbaycana pul köçürmələri azalıb
12 AVQUST
192

Azərbaycana pul köçürmələri azalıb

2016-08-12 16:38:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5%, 2014-cü ilin ilk yarısına nisbətən isə 47,1% azalıb. 

Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.

İcmala əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə xaricdən 423 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk yarısında 546 mln. dollar, 2014-cü ilin ilk 6 ayında isə 799 mln. dollar təşkil edib.

Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271