BANK

Əhali kredit kartlarından imtina edir – STATİSTİKA
11 AVQUST
548

Əhali kredit kartlarından imtina edir – STATİSTİKA

2016-08-11 17:08:00

Bu ilin ilk 6 ayının nəticələrinə görə, Azərbaycanda istifadə edilən plastik kartların sayı  artıb. Mərkəzi Bankdan fins.az-a verilən məlumata əsasən, iyun ayında istifadədə olan ödəniş kartlarının ümumi sayı 5 667 min ədəd olub. May ayında isə bu rəqəm 5 422 min ədəd təşkil edib.

Müqayisə üçün qeyd edək ki,  2015-ci ilin ilk 6 ayında debet və kredit kartlarının sayı 6 088 min ədəd olub.

Kredit kartı istifadə edənlər azalıb

Birinci yarımildə istifadə olunan ödəniş kartlarının 4 685 min ədədi debet, 782 min ədədi isə kredit kartlarının payına düşüb. May ayı ilə müqayisədə kredit kart istifadəçilərinin sayında artım olsa da, ümumilikdə azalma müşahidə edilir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit kartlarından istifadə edənlərin sayı 37,1 faiz azalıb.  2015-ci ilin 6 ayında bu kartların sayı 1 244  min ədəd təşkil edib.

Xatırladaq ki, kredit kartlarını ən çox 2015-ci ilin yanvar ayında istifadə edilib -1 322 min ədəd. Bir ay sonra baş verən devalvasiyadan sonra onların istifadəçilərinin sayı azalmağa başlayıb.

4 milyonluq azalma

Debet və kredit kartları ilə aparılan əməliyyatların sayı və həcmi də azalıb. Belə ki, 2016-ci ilin may ayında əməliyyatların sayı 7 046 min, iyunda isə  6 987 min olub. Kartlarla əməliyyatların həcmi də 4 milyon manat azalıb.

Bu ilin iyun ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi  1 046 milyon manat,  may ayında isə 1 050 milyon manat olub.

POS-terminal, yoxsa ATM?

2016-cı ilin  iyun ayında  kartlarla nağd pulun çıxarılması üçün 4 596 milyon əməliyyat həyata keçirilib. Onlardan cəmi  29-u POS-terminallar vasitəsilə, qalanları ATM-də  aparılıb.  Həmin əməliyyatların həcmi  877 milyon manat olub.

Bu dövrdə plastik kartlarla nağdsız ödənişlərin aparılması üçün 753 milyon əməliyyat həyata keçirilib. Onlardan 667-si POS-terminalllar vasitəsilə reallaşıb. 2016-cı ilin iyun ayında  debet və kredit kartlarla aparılan nağdsız ödənişlərin həcmi 64 milyon manat  olub. Bu isə  may ayı ilə müqayisədə cəmi 2 milyon manat artıqdır.      

Azərbaycanda  pul bazası azalıb. Mərkəzi Bankdan fins.az-a verilən məlumata əsasən, 2016-cı ilin iyun ayında pul bazası 8 338 milyon manat olub. Halbuki, mayda bu rəqəm  8 343,6 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272