BANK

Asiya Bankı Azərbaycanda tərəfdaş axtarır
11 AVQUST
220

Asiya Bankı Azərbaycanda tərəfdaş axtarır

2016-08-11 15:18:00

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Elektrik paylayıcı şəbəkənin yenidən qurulması Layihəsi" çərçivəsində “Keyfiyyət və maliyyə əsaslı seçim” metodu ilə yenidən şirkət axtarır. Fins.az “Report”-a istinadən xəbər verir ki, bundan öncə elan edilən vakansiya üzrə tərəfdaş tapılmayıb.

Elanın şərtlərinə görə, sənəd qəbulu üçün son tarix avqustun 25-i müəyyən edilib.

Məlumata görə, 12 aylıq layihə üçün ümumilikdə 1,2 mln. ABŞ dollarının ayrılması planlaşdırılır. Seçiləcək şirkət mühəndislik, maliyyə, tənzimləmə, idarəetmə, tarif və maraqlı tərəflərlə əlaqə sahələrində ekspertiza həyata keçirəcək.

Maliyyələşmə şərtlərinə gəlincə isə ayrılacaq 1,2 mln. dolların 1,03 mln. dolları əsas xərclər, 170 min dolları isə əlavə xərclərə aid edilir.

Qeyd edək ki, elan edilən müsabiqədən uğurla keçən namizədin noyabrın 1-dən fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, bundan öncə keçirilən analoji müsabiqənin vaxtı avqustun 8-i başa çatıb və öncəki müsabiqə üzrə tərəfdaş təşkilat 600 min dollara 6 ay müddətində fəaliyyət göstərməli idi, lakin müsabiqə baş tutmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272