BANK

Azərbaycanda bir ayda 700-dən çox POS-terminal sıradan çıxıb
10 AVQUST
187

Azərbaycanda bir ayda 700-dən çox POS-terminal sıradan çıxıb

2016-08-10 12:20:00

POS-terminallar vasitəsilə aparılan əməliyyatların həcmi 39 milyon manat olub.

2016-cı ilin iyulun 1-nə Azərbaycanda obyektlərdəki POS-terminalların sayı 73 min 222 ədədə çatıb. Bu may ayınının yekunları ilə müqayisədə 723 ədəd və ya 0,97% azdır.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

O cümlədən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminalların sayı isə bir ayda 72 min 636 ədəddən 71 min 898 ədədə düşüb. Bu isə bir ayda 1,01% azalma deməkdir.

Cəmi POS-terminallardan 42 min 63 ədədi (ilin əvvəlindən azalma 14,05%) Bakıda, 31 min 159 ədədi (ilin əvvəlindən azalma 0,63%) isə regionlarda quraşdırılıb.

Mənbə: oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272