BANK

“Röyal Bank”ın müdürinin işi ekspertizaya göndərildi
10 AVQUST
262

“Röyal Bank”ın müdürinin işi ekspertizaya göndərildi

2016-08-10 10:55:00

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Royal Bank”ın “Gəncə” filialının müdiri Anar Tağıyev birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Fins.az Lent.az-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Anar Tağıyevin cinayət işi ekspertizaya göndərilib. Məhkəmə qeyri-müəyyən günə qədər təxirə salınıb.

Xatırladaq ki, “Röyal Bank” ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və digərləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274