BANK

Problemli kreditlər rekord həddə çatıb
09 AVQUST
460

Problemli kreditlər rekord həddə çatıb

2016-08-09 18:00:00

Azərbaycanın bank sistemində problemli kreditlərin həcmi rekord hədd çatıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabatda bildirilir.

Hesabata görə, iyulun 1-ə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 434,2 milyon manat olduğu halda banklardakı problemli kreditlərin həcmi 1 milyard 539,8 milyon manata çatıb. Bu indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Təkcə iyun ayında problemli kreditlərin məbləği 25,6 milyon manat artıb.

Problemli kreditlərin kredit portfelində payı da artıb. Belə ki, hazırda kredit portfelində problemli kreditlərin xüsusi çəkisi 8,35%-dir. Bir ay əvvəl bu göstərici 8,3%, aprelin yekununda isə 7,4% olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274