BANK

Özəl kredit büroları yaradılacaqmı?
09 AVQUST
133

Özəl kredit büroları yaradılacaqmı?

2016-08-09 17:54:00

Azərbaycan Banklar Assosiasiyasının (ABA) kredit işi və risk üzrə Ekspert Qrupunun iclası keçirilib.

Fins.az ABA-ya istinadən xəbər verir ki, iclasda Mərkəzi Kredit Reyestrinin fəaliyyəti və yaradılması planlaşdırılan özəl kredit büroları haqqında fikir mübadiləsi aparılıb.

Ekspert Qrupunun üzvləri son dövrlərdə bankların vəziyyəti ilə bağlı əhalinin düzgün məlumatlandırılmamasının yol aça biləcəyi riskləri müzakirə edib, bu risklərin azaldılmasına yönələ biləcək tədbirlər haqqında təkliflər irəli sürüblər. Əhaliyə yalnız dəqiq və əsaslandırılmış məlumatların çatdırılması üzrə işlər nəzərdən keçirilib. Bundan əlavə, bankların kredit portfelinin tərkibi və cari vəziyyəti barədə məsələlər iclasın gündəliyində olub.

Qeyd edək ki, Qrupda kredit işi və risk üzrə bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, eləcə də müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274