BANK

Kreditlər üzrə ehtiyat həcmi artıb
10 AVQUST
206

Kreditlər üzrə ehtiyat həcmi artıb

2016-08-10 09:04:00

PAŞA Bank kreditlər üzrə yaradılmış ehtiyatların həcmini artırıb. Fins.az bildirir ki, bu ilin 6 ayı üzrə kreditlər üzrə yaradılmış ehtiyatlar cəmi 49,991.49 min AZN olub. Bu da kredit portfelinin 6.84%-ni təşkil edir. Halbuki, birinci rübdə ehtiyatlar 37 558,03 min AZN idi (5,11%).

İri kredit tələblərinin cəmi 266,209.23 min manat, kredit portfelində xüsusi çəkisi isə 36.44%-dir. Müqayisə etsək, 2015-ci ilin analoji dövründə bu rəqəm 189360,92 min AZN olub. Yəni ötən bir ildə 76848,31 min AZN artım olub.   

Cari ilin ikinci rübündə vaxtı keçmiş kreditlərin məbləği 97,536.12 min AZN təşkil edib. Kredit portfelində xüsusi çəkisi isə 13.35%-dir.

Bankın məcmu kapitalı - 368,799 min AZN-ə çatıb. Ötən ilin eyni dövründə isə bu göstərici 351 587 min AZN təşkil edirdi. Eyni zamanda cəmi aktivləri - 2,038,419.82 min AZN-ə, depozitləri 1,274,235.54 min AZN-ə yüksəlib. Hesabata əsasən, fiziki şəxslərin tələbli depozitləri 154,882.30 min, fiziki şəxslərin müddətli depozitləri 180,766.03 min AZN təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri isə 291,220.41min AZN olub. 

Bank bu cəmi gəlirləri 92 milyon 828 min manat, o cümlədən faiz gəlirləri 49 milyon 633 min manat, qeyri-faiz gəlirləri 43 milyon 195 min manat təşkil edib.

Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 15 milyon 551 min manat ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272