BANK

Xarici valyutada bank əmanətlərinin çəkisi – AÇIQLANDI
09 AVQUST
310

Xarici valyutada bank əmanətlərinin çəkisi – AÇIQLANDI

2016-08-09 11:46:00

2016-cı ilin birinci yarısında əhalinin xarici valyutada bank əmanətləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,8% - 6 mlrd. 298,5 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 80,5% azalıb. Fins.az "İnterfaks"-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.

AMB-nin məlumatına görə, birinci yarımillikdə əhalinin milli valyutada əmanətlərinin həcmi 6,8% - 1 mlrd. 517,1 mln. manatadək və ya bütün əmanətlərin 19,5% artıb.

1 iyul 2016-cı il tarixinə AMB-nin məlumatına görə, rezidentlərin bank əmanətləri 6 mlrd. 792,5 mln. manat, qeyri-rezidentlərin - 1 mlrd. 23,1 mln. manat təşkil edib. Bununla belə, 2016-cı ilin birinci yarısında rezidentlərin əmanətləri 17,6%, qeyri-rezidentlərin - 17,1% azalıb.

Bütövlükdə, 1 iyul 2016-cı il tarixinə Azərbaycanda banklarda əmanət və depozitlərin həcmi 23 mlrd. 366,8 mln. manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 0,3% azdır. Bununla belə, iyunda banklarda əmanət və depoazitlərin həcmi 218,7 mln. manat və 2,6% artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275