BANK

Kredit kartlarında 40 minlik artım
09 AVQUST
166

Kredit kartlarında 40 minlik artım

2016-08-09 11:41:00

Bankların kredit kartlarının sayı artmağa başlayıb.

Fins.az “Marja”-ya   istinadən xəbər verir ki, İyul ayının 1-nə kredit kartlarının sayı 782 min ədəd təşkil edib. Bu say İyun ayının əvvəli ilə müqayisədə 40 min ədəd çoxdur.

Qeyd edək ki, 2015-ci ilin İyun ayından başlayaraq kredit kartlarının sayı azalırdı. 2015-ci ilin Yanvar  ayının əvvəlində sayı 1 milyon 322 min ədəd olan kredit kartları bu ilin İyun ayının 1-də 742 min ədədədək düşmüşdü.

01 İyul 2016-cı il tarixinə cəmi ödəniş kartlarının sayı 5 milyon 467 min ədəd təşkil edib (İyunda 45 min ədəd artıb). Ödəniş kartlarının 2 milyon 493 min ədədini sosial kartlar, 1 milyon 529 min ədədini əməkhaqqı kartları, 663 min ədədini digər debet kartları və 782 min ədədini kredit kartları təşkil edib.

İyunda sosial kartlar 15 min ədəd artmış, əməkhaqqı kartlarının sayı azalmamış, digər debet kartlarının sayı isə 11 min ədəd azalıb.

İyunda debet və kredit kartları ilə 1 milyard 46 milyon manatlıq əməliyyat aparılıb. Ölkə daxili əməliyyatların 877 milyon manatını nağd pulun çıxardılması, 64 milyon manatını isə nağdsız ödənişlər təşkil edib. İyunda ölkə xarici əməliyyatların həcmi isə 75 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270