BANK

Azad Cavadov: "Yeni uçot dərəcəsinin bazara təsirinə baxacağıq"
09 AVQUST
371

Azad Cavadov: "Yeni uçot dərəcəsinin bazara təsirinə baxacağıq"

2016-08-09 11:19:00

 Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 9,5%-ə çatdırsa da, bu, hələ əmanətlərin sığortalanması üçün maksimal faiz həddini (12%) artırmağa əsas vermir. Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ilk növbədə yeni uçot dərəcəsinin bazara təsirinə baxmalıdır: "Sığortalanma faizinin artırılması bazarın reaksiyasından asılı olacaq. Əgər AMB-nin qərarından sonra əmanətlərin illik faiz dərəcəsində artım olarsa, o zaman faiz həddinin artırılması qaçılmaz olacaq. Əmanətlərin gəlirliliyində nəzərəçarpacaq artım olmasa, faizlərin artırılmasına ehtiyac olmayacaq".

Bununla yanaşı, A.Cavadov qeyd edib ki, faizlərin artırılması həm də aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır: "Sığortalı əmanətlərə görə kompensasiya limiti (30 min manat) aradan qaldırılıb. Son nəticədə, qorunan əmanətlərin həcmi yarım il ərzində 2 mlrd. manatdan 4,5 mlrd. manata qədər artıb. Bu təminatı verən dövlətdir və sığortalanma faizinin artırılmasına dövlət də razılıq verməlidir. Çünki, faiz artacaqsa qorunan əmanətlərin məbləği bir qədər də artacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272