BANK

Bakı və Tehran bankları arasında əməkdaşlıq artacaq
09 AVQUST
141

Bakı və Tehran bankları arasında əməkdaşlıq artacaq

2016-08-09 09:52:00

Azərbaycan və İranın mərkəzi bankları cari hesablar açmaq niyyətindədirlər. Fins.az  "Trend"-ə istinadən xəbər verir ki, bunu  Bakıda iki ölkə prezidentlərinin görüşü çərçivəsində səfərdə olan İran Mərkəzi Bankının sədri Vəliullah Seyf deyib.

Onun sözlərinə görə, banklar iki ölkə mərkəzi bankları arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memoranduma uyğun olaraq cari hesablar açmaq niyyətindədir.

V.Seyf deyib: “Azərbaycana səfərim zamanı əsas məqsəd həmkarım Elman Rüstəmovla görüşmək idi. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edildi. İki ölkənin iqtisadi imkanları mal dövriyyəsini ciddi şəkildə artırmağı tələb edir".

İranlı bankir qeyd edib ki, hər iki ölkədə İran və Azərbaycan banklarının filiallarının yaradılması üçün şərait var: “Qarşılıqlı anlaşma haqqında Memoranduma uyğun olaraq, İran və Azərbaycan mərkəzi bankları müxbir hesablar açmaq yolu ilə hər iki ölkə bankları arasında əlaqə yarada bilər”. 

İran Mərkəzi Bankının sədri qarşılıqlı anlaşma haqqında Memoranduma əsasən həmçinin kart sisteminin inteqrasiyasının da nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 33, İranda 29 bank fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272