BANK

"Aqrolizinq" fermerlərə nə qədər kredit verib?
08 AVQUST 2016
204

"Aqrolizinq" fermerlərə nə qədər kredit verib?

2016-08-08 17:57:00

Bu ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 22,5 milyon manat dəyərində texnika satılıb. Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a verilən xəbərə görə, onların sırasında 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları olub.

Məlumatda bildirilib ki, aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas şərtlərdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296