BANK

Növbəti depozit hərracı keçiriləcək – FAİZ ARTIRILDI
05 AVQUST
396

Növbəti depozit hərracı keçiriləcək – FAİZ ARTIRILDI

2016-08-05 15:40:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti  depozit hərracı keçiriləcək.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki,  8 avqust 2016-cı il tarixində keçirilməsi nəzərdə tutulan hərracda 50 milyon  manat cəlb edilməsi planlaşdırılır.

Müddət 28 gün, faiz dərəcəsi 4,01%-9,49% müəyyən olunub. Qeyd edək ki, əvvəlki depozit hərraclarında faiz dərəcəsi  4,01%-6,99% təşkil ediridi.

Qeyd edək ki, indiyədək Mərkəzi Bankın uçot dərəcəsi 7% təşkil edirdi. Bu gün yayılan məlumata görə, Mərkəzi Bankın İdarə Heyəti 8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul etmişdir.

Qeyd edək ki, Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. Bir sıra bankların izafi manat kütləsi var. Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.

Sonuncu dəfə, 1 avqust 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 20 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99% təşkil etmişdi.Mərkəzi Bank hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi planlaşdırırdı. Müddət 28 gün, faiz dərəcəsi 4,01%-6,99% müəyyən olunmuşdu.

25 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş hərracda tələb 50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % təşkil etmişdir. 25 iyul 2016-cı il tarixində keçirilmiş hərracda 50 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu. Müddət 28 gün, faiz dərəcəsi 4,01%-6,99% olaraq müəyyən edilmişdi.

4 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş ikinci depozit hərracında tələb 98,5 mln. manat olmuşdur. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96 % təşkil etmişdir.

11 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş 3-cü depozit hərracında tələb 45 milyon manat olmuşdur.  Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99 % təşkil etmişdi.

18 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 37 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,98 % təşkil etmişdir. Mərkəzi Bank bu hərrac ilə 100 milyon dollar cəlb etməyi planlaşdırırdı.

13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirilimişdi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bilmişdi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274