BANK

​"Azər-Türk Bank"da yeni direktor
05 AVQUST
662

​"Azər-Türk Bank"da yeni direktor

2016-08-05 11:20:00

"Azər-Türk Bank" ASC-nin Hüquq Departamentinə yeni direktor təyin edilib. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu vəzifəyə adıçəkilən departamentin direktor müavini İlham Quliyev gətirilib.

İ.Quliyev yeni vəzifəsində Mustafa Rəşidovu əvəz edib. O, avqustun 3-də "Bank Standard" QSC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb.

Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bankası"na, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274