BANK

Parabank: Haqq-ədalət gec də olsa, yerini tapdı
03 AVQUST
3923

Parabank: Haqq-ədalət gec də olsa, yerini tapdı

2016-08-03 15:43:00

Bu günlərdə mətbuatda “Parabank”ın “Nəsimi” filialının bunkerində keçən il “Kia Motors” MMC-nin qeydiyyata salınmayan, dövlətdən gizlədilərək saxlanılan 40 milyona yaxın vəsaitinin olması və bu pulun qeyri-qanuni dövriyyəyə buraxılması, müəyyən hissəsinin isə yoxa çıxması barədə məlumatlar yayılıb. Həmin xəbərlərdə yuxarıda qeyd edilən məsələ ilə bağlı bir nəfərin müəmmalı şəkildə ölməsi barədə iddialar da yer alırdı.

Yuxarıda qeyd edilən məsələlərlə bağlı həbs olunduğu iddia edilən Ülvi Kazımovun yaxınları bildiriblər ki, əslində “Kia Motros” və “Parabank” rəhbərliyinin bu məsələyə aidiyyatı və hər hansı rolu yoxdur. Şübhəli şəxs qismində saxlanılan Ülvi Kazımovun qohumları dünən aznews.az saytına müraciət edərək iddialarını geri götürüblər. Məhkəmədə hər şeyin aydınlaşdığını deyən həmin şəxslər bildiriblər ki, əslində “Kia Motors” və bank rəhbərliyinin baş verən proseslərə aidiyyatı olmayıb və onların hər hansı günahı yoxdur.

“Parabank”ın təmsilçisi Rəcəb Hüseynov saytımıza açıqlamasında bildirib ki, bank əvvəldən bu hadisə ilə bu və ya digər şəkildə əlaqəsinin olmadığını bəyan edib və “Parabank” həmişə fəaliyyətini qanun çərçivəsində həyata keçirib. Ülvi Kazımovun qohumlarının hadisənin necə baş verməsini etiraf etməsi bizim haqlı olduğumuzu bir daha sübut etdi. Haqq-ədalət gec də olsa, yerini tapdı”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Parabank”ın lisenziyası ləğv edilib. Bank bundan sonra fəaliyyətini bank olmayan kredit təşkilatı (BOKT) formasında davam etdirməyi nəzərdən keçirir. 

Mənbə: Lent.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272