BANK

Dollar krediti olanlara bankdan - NÖVBƏTİ KÖMƏK
03 AVQUST
3365

Dollar krediti olanlara bankdan - NÖVBƏTİ KÖMƏK

2016-08-03 13:14:00

Unibank müştərilərinin dollarda olan kreditlərini daha sərfəli bağlamaları üçün yeni imkan təqdim edir.

Fins.az-ın “Marja”-ya istinadən məlumata görə, müştəri dollarda olan ümumi borcunun 30%-ni ödəniş edərsə, ona qalıq borcunu bağlaması üçün manatla kredit təklif olunur.

Şəxsiyyət vəsiqəsilə banka müraciət edən müştəriyə manatda kredit ayrılır, müştəri həmin kredit ilə dollar valyutalı kreditinin qalıq borcunu bağlamalıdır.

Tutaq ki, müştərinin banka 600 dollar borcu var. Müştəri borcunun 30%-ni, yəni, 180 dollarını ödəyir. Müştəri qalan 420 dolları isə ona verilən manat krediti hesabına bağlayır və qalan borcu manatla ödəyir. 

Qeyd edək ki, son günlər Dolların məzənnəsinin qalxması ilə əlaqədar olaraq dollarda krediti olanlar yenidən narahatdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272