BANK

“Bank of Baku” son rəqəmləri – AÇIQLADI
03 AVQUST
760

“Bank of Baku” son rəqəmləri – AÇIQLADI

2016-08-03 12:08:00

30 İyun 2016-cı il tarixinə “Bank of Baku” ASC-nin cəmi aktivləri 587 milyon 386,97 min manat təşkil edib.

“Marja” Bankın hesabatına istinadən xəbər verir ki, aktivlərin 327 milyon 89,79 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

“Bank of Baku” ötən ilin sonunda 734 milyon 848.69 min manat, 31 Mart 2016-cı il tarixində isə 591 354.33 min manat cəmi aktivlərə malik idi. Eyni tarixlərdə Bankın kredit portfeli müvafiq olaraq 485 milyon 274.75 min manat və 386 milyon 634.49 min manat təşkil etmişdi.

31 İyun 2016-cı il tarixinə “Bank of Baku”nun cəmi öhdəlikləri 522 milyon 654,98 min manat, cəmi kapitalı isə 64 milyon 731,98 min manat təşkil edib. Bank ötən ilin sonunda 645 milyon 501.33 min manat cəmi öhdəliklərə və 89 milyon 347.37 min manat cəmi kapitala malik idi.

Birinci yarım ilin sonunda Bankda müştəri depozitləri 306 milyon 92,03 min manat təşkil edib (Ötən ilin sonunda 429 milyon 960.77 min manat idi).

“Bank of Baku” hələlik maliyyə nəticələri (gəlir, xərc və mənfəət) barədə hesabatını açıqlamayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272