BANK

Nizamnamə kapitalını 55 mln. manat artırır – BANKDAN QƏRAR
03 AVQUST
849

Nizamnamə kapitalını 55 mln. manat artırır – BANKDAN QƏRAR

2016-08-03 10:34:00

Unibank  öz nizamnamə kapitalını  80% artıraraq,  125,565,234.08 manata çatdıracaq. Bu haqda  “Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarlarının 2 avqust  tarixində keçirilən  iclasında qərar verilib. 

Səhmdarların qərarı ilə  bankın nizamnamə kapitalı əlavə səhmlərin buraxılması yolu ilə artırılacaq.  Səhmlərin yerləşdirilməsi üzrə, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olaraq "Unicapital"İnvestisiya Şirkəti”Açıq Səhmdar Cəmiyyəti seçilib.  Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək. 

Qeyd edək ki, hazırda Unibank-ın nizamnamə kapitalı 70 565 232  manatdır.  2 avqustda səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı 1.8 dəfə  artacaq.  Bu qərardan sonra Unibank  ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından birinə çevrilməklə yanaşı,  böyük layihələrin  reallaşdırılmasını daha da sürətləndirəcək. Hazırda  bankın müştərilərinin sayı 800 mindən artıqdır. Real sektorun kreditləşməsində vacib  rol oynayan Unibank, qoyulan depozitlərin həcminə görə də  bazarda böyük paya malik banklardan biridir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270