BANK

"Azərbaycan bankları neftdən sonrakı həyata uyğunlaşırlar"-R.ASLANLININ "REUTERS"Ə MÜSAHİBƏSİ
02 AVQUST
901

"Azərbaycan bankları neftdən sonrakı həyata uyğunlaşırlar"-R.ASLANLININ "REUTERS"Ə MÜSAHİBƏSİ

2016-08-02 19:25:00

"Azərbaycanın Mərkəzi Bankı manatı üzən məzənnəyə keçirməsindən sonra ölkənin bir çox bankları xarici şoklara öyrəşdilər. Bununla zəif kreditorların fəaliyyəti dayandı, lakin ölkənin ən böyük bankının özəlləşdirilməsi bu il baş verməyəcək".

Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı "Reuters"ə müsahibəsində bildirib: "Bankların yeni reallıqlara uyğunlaşması prosesi artıq başa çatıb və biz vəziyyətin yaxşılaşdığını deyə bilərik”.

"Reuters" yazır ki,  Azərbaycan 2014-cü ilin ortasından başlayan dünya bazarlarında neft ucuzlaşmasından ilk əziyyət çəkənlərdən oldu. Neft ixracı büdcə gəlirlərinin 75%-ni təşkil edirdi. Mərkəzi Bank öz valyuta ehtiyatlarının yarısından çoxunu xərclədikdən sonra dekabrda manatı üzən məzənnəyə keçirib. 10 ay bundan öncə baş vermiş devalvasiya nəticəsində manatın kursu dollara nisbətdə 33.5% ucuzlaşıb.

R. Aslanlı deyib ki, aktivlərinin həcminə görə, ölkənin ən böyük kreditoru olan Azərbaycan Beynəlxalq Bankı (ABB ) hələ də özəlləşdirilməyə hazırlanır.

"Hökumət ABB-nin problemlərinin bir çoxunu həll edib, amma özəlləşdirilmə prosesi müəyyən vaxt tələb edir buna görə də bankın bu il özəlləşdirilməsi real deyil".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun məsləhətinə əsasən, ötən il ölkənin bank aktivlərinin 41%-nə sahib olan ABB-nin satılmasına göstəriş verib.  

Aslanlının sözlərinə görə ABB-nin problemli aktivləri onun balansından çıxarılıb və qeyri-bank kredit təşkilatı olan “Aqrokredit” dövlət əmlakının hesabına keçirilib. 

Yeni reallıqlar

Beynəlxalq Bank yerli bankların normativ tələbələrə uyğunlaşmaları üçün minimal kapital nisbətini 12%-dən 10%-ə endirdi. Lakin bəzi banklar mövcud çətinlikləri aradan qaldıra bilmədilər.

ABB və "BankStandard"ın reabilitasiya mərhələsində olmasına baxmayaraq bu il ərzində 10 kommersiya bankı öz lisenziyalarını itiriblər.

R.Aslanlı bildirib ki, bütün digər banklar kapital tələblərinə cavab verir və onların bağlanması gündəmdə deyil.

2016-cı ildə Azərbaycanda fəaliyyət göstərən bankların sayı 41-dən 32-ə düşüb. 

Sonda Aslanlı onu da əlavə edib ki, yüksək dollarlaşma səviyyəsini (80%) nəzərə alaraq, bankların yaxın vaxtda Avroistiqrazlar buraxması gözlənilmir. 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275