BANK

Rüfət Aslanlı: "BeynəIxalq Bank özəlləşmə üçün hazırlanır"
02 AVQUST 2016
626

Rüfət Aslanlı: "BeynəIxalq Bank özəlləşmə üçün hazırlanır"

2016-08-02 18:55:00

Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq. Fins.az xəbər verir ki, bunu "Reuters"ə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

R.Aslanlı qeyd edib ki, aktivlərinə görə Azərbaycanın ən iri bankı olan ABB özəlləşdirmə üçün hazırlanır. "Hökumət ABB-nin problemlərinin əksəriyyətini həll edib, lakin özəlləşdirmə prosesi müəyyən vaxt aparır və özəlləşdirmə bu il real deyil".

R. Aslanlı bildirib ki, artıq banklar "üzən məzənnə" rejiminə uyğunlaşıblar:

"Bankların yeni reallıqlara uyğunlaşdırılması bitib və biz təkmilləşdirmələrə başlanması haqda danışa bilərik".

Palatanın sədri vurğulayıb ki, bütün digər banklar kapital tələblərinə cavab verir və hər hansı bankın bağlanması gündəmdə deyil:

"Bu il on kommersiya bankı lisenziyasını itirib. ABB və "Bank Standard" "reabilitasiya" altındadır".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272