BANK

Sabahdan "Bank Standart"da yeni menecment işləyəcək
02 AVQUST
1599

Sabahdan "Bank Standart"da yeni menecment işləyəcək

2016-08-02 18:24:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ”Bank Standard” QSC-yə təyin etdiyi müvəqqəti inzibatçılıq avqustun 3-də başa çatır. Sabahdan bankın idarəetməsi yeni İdarə Heyətinə keçir.

M BNP-dən fins.az-a bildiriblər ki, son illər ”Bank Standard”ın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilən nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub. Bunun nəticəsində Bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb.

Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Palata tərəfindən mayın 3-dən etibarən 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 2016-cı il iyulun 4-də onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub. Bu proses çərçivəsində “Azər-Türk Bank” tərəfindən “Bank Standard”ın idarəedici orqanlarına yeni üzvlər təklif olunub və MBNP tərəfindən müsbət qiymətləndirilib.

Avqustun 2-də Palatada “Azər-Türk Bank” rəhbərliyi və “Bank Standard”ın təklif olunan yeni İdarə Heyəti rəhbərliyi ilə görüş keçirilib və Bankın gələcək inkişaf strategiyası müzakirə edilib. MBNP rəhbərliyi “Bank Standard”ın maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271