BANK

Dollar 1.65 manata qalxdı
02 AVQUST
7365

Dollar 1.65 manata qalxdı

2016-08-02 11:27:00

Dolların rəsmi məzənəsinin qalxması ilə bağlı olaraq banklar da alış və satış kursunu qaldırırlar.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, bu gün (02 avqust 2016) dolları ən yüksək qiymətə alan bank Bank of Bakudur. Bank of Baku 1 dolları 1.6300 manatdan alır, 1.6430 manatdan satır.

Dolları ən yüksək qiymətə satan banklar isə Yapı Kredi Bank Azərbaycan (1.6517), AgBank (1.6510), AccessBank (1.6500), AFBank  (1.6500) və CDB Bank-dır (1.6500).

Dolları ən aşağı qiymətə satan banklar isə Naxçıvanbank (1.63 manata) və PAŞA Bankdır (1.6370 manata).

Qeyd edək ki, Mərkəzi Bank 02 avqust 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 1.5883 manat səviyyəsində elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272