BANK

Bağlanan 2 bankın ipoteka portfeli bu banka ötürülüb
01 AVQUST
483

Bağlanan 2 bankın ipoteka portfeli bu banka ötürülüb

2016-08-01 15:37:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatı olan iki bankın ipoteka portfeli "Bank BTB" ASC-yə ötürülüb. Söhbət "Zaminbank" və "Kredobank"dan gedir.

Fins.az "Report"-a istinadən xəbər verir ki, AİF-in bu ilin II rübün yekununda açıqladığı məlumata görə, "Zaminbank"da 1631, "Kredobank" isə 127 aktiv ipoteka kredit var. Bu kreditlərin ümumi məbləği təxminən 60 mln. manatdır.

Xatırladaq ki, lizenziyası bir neçə il bundan əvvəl ləğv edilmiş "Royal Bank" ASC və bu ilin əvvəlində bağlanmış "Gəncəbank" ASC-nin ipoteka portfeli "Zaminbank"a ötürülmüşdü. Bundan sonra isə həm adı çəkilən 3 bank, həm də "Kredobank"ın ipoteka portfelini "Bank BTB" idarə edəcək.

"Bank BTB"-nin səhmdarlarının iyulun 25-də keçirilmiş ümumi yığıncağında xüsusi əhəmiyyətli əqdin təsdiq edilməsi haqqında qərar qəbul edilib. Mülki Məcəllənin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270