BANK

Azərbaycanın ən populyar bankları - REYTİNQ
01 AVQUST
1222

Azərbaycanın ən populyar bankları - REYTİNQ

2016-08-01 14:57:00

“Media Consulting and Services” media monitorinq qrupu  bu ilin  iyul ayı ərzində aparıcı 5 sektor üzrə adı mediada ən çox  hallanan qurumların  hesabatına yekun vurub.

Şirkətdən fins.az-a verilən məlumata  görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Mediada ən çox adı hallanan bank yenə də Azərbaycan Beynəlxalq Bankı olub. Sonrakı yerləri “Parabank”, “Zaminbank”, "Dekabank" və "Kredobank" tutur. İyulun 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasının həmin bankların bağlanması barədə açıqlamasından sonra mediada ən çox onların adları hallanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272