BANK

"Amrahbank" nizamnamə kapitalını artırır
01 AVQUST
357

"Amrahbank" nizamnamə kapitalını artırır

2016-08-01 14:06:00

Amrahbank ASC-nin Səhmdarlarının 26.07.2016-cı il tarixində keçirilmiş Ümumi Yığıncağında qərara alınıb ki, Bankın nizamnamə kapitalı əlavə 20 000 000 manat artırılsın. Fins.az-ın məlumatına görə, bununla əlaqədar işlərin aparılmasına dair İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ərəb kapitalı ilə fəaliyyət göstərən yeganə bankıdır. Belə ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Hazırda bank baş ofisi, 22 filiali və 1 şöbəsilə fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikanın Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Bərdə, Şəmkir, Goranboy, Tovuz kimi regionlarını da əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272