BANK

"​Moody's" Azərbaycanın kredit reytinqini sabit saxlayıb
01 AVQUST
111

"​Moody's" Azərbaycanın kredit reytinqini sabit saxlayıb

2016-08-01 10:25:00

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini təsdiq edib. Fins.az "Report"a istinadən verdiyi xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib. 

Azərbaycan hökumətinin kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" müəyyən edilərək əvvəlki səviyyədə saxlanılıb. 

Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil" saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272