BANK

Kreditlərinin beşdən biri problemlidir - BANK HESABATI
01 AVQUST
253

Kreditlərinin beşdən biri problemlidir - BANK HESABATI

2016-08-01 10:02:00

2016-cı ilin birinci yarısında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin cəmi gəlirləri 30 milyon 724 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 192 min manat, qeyri-faiz gəlirləri isə 13 milyon 532 min manat təşkil edib. Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Qeyri-faiz gəlirlərinin 8,9 milyon manatını məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir təşkil edib.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” Dolları ən aşağı qiymətə alıb ən yük qiymətə satan  banklardan biridir.

GƏLİRLƏRİ AZALIB

Ötən ilin birinci yarısında “Yapı Kredi Bank Azərbaycan”ın  cəmi gəlirləri 25 milyon 757 min manat, o cümlədən faiz gəlirləri 18 milyon 804  min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 953 min manat təşkil etmişdi. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın cəmi gəlirləri 20%-ə yaxın azalıb.

YARIM İLİ ZƏRƏR İLƏ BAŞA VURUB

Əsas xərclər çıxıldıqdan sonra Bankın əməliyyat mənfəəti 7 milyon 782 min manat təşkil edib. Bank aktivlər üzrə (depozit və kredit itkiləri) mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 9 milyon 172 min manat ayırdığından birinci yarım ili zəzər ilə başa vurub. Bankın yarım illik zərəri 1 milyon 244 min manat təşkil edib.

PROBLEMLİ KREDİTLƏR ARTIR

Əlavə edək ki, “Yapı Kredi Bank Azərbaycan”da problemli kreditlər sürətlə artır, elə ehtiyatlara ayırmalar bununla bağlıdır. 30 İyun 2016-cı il tarixinə olan məlumata görə, Bankın 230 milyon 145 min manatlıq kredit portfelinin 47 milyon 66 min manatını və ya 20,45%-ni problemli kreditlər təşkil edib. Ötən ilin eyni dövründə Bankda problemli kreditlər 27 milyon 622 min manat və ya kredit portfelinin 11,10%-i səviyyəsində idi. Bank verilmiş kreditlərüzrə cəmi 29 milyon 882 min manat ehtiyata malikdir.

AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ AZALIB

30 İyun 2014-cü il tarixinə “Yapı Kredi Bank Azərbaycan”nın cəmi aktivləri 394 milyon 882 min manat (o cümlədən, 230 milyon 145 min manatı müştərilərə verilən kreditlər ), cəmi öhdəlikləri 331 milyon 734 min manat,cəmi kapitalı isə 63 milyon 148 min manat təşkil edib.

Ötən ilin sonunda Bank 469 milyon 270 min manat cəmi aktivlərə, 408 milyon 18,2 min manat cəmi öhdəliklərə malik idi.

Bu ilin May və İyun aylarında Mərkəzi Bank “Yapı Kredi Bank Azərbaycan”a 20 milyon manat borc verib.

"Yapı Kredi Bank Azərbaycan"nın maliyyə hesabatları ilə daha ətraflı buradan və bankın saytından ətraflı tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272