BANK

Fondun Himayəçilər Şurasına sədr təyin edilib
01 AVQUST
333

Fondun Himayəçilər Şurasına sədr təyin edilib

2016-08-01 02:03:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasına (HŞ) sədr təyin edilib. Bu barədə fins.az ADİF-in saytına istinadən xəbər verir.

Himayəçilik Şurasının üzvləri isə bunlardır: 

Asim Zülfüqarov  

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatısının Strateji Təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi, Strateji xidmətlər Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən

Şaiq Adıgözəlov - Mərkəzi Bankın Makroiqtisadi tədqiqatlar departamentinin direktoru

Yalçın Əzizov - İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri

Ziyəddin Allahverdiyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri

Elmar Məmmədov - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri

Cəlal Qasımov - “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272