BANK

Maliyyə Nazirliyində banklarla bağlı - NÖVBƏDƏNKƏNAR İCLAS
30 İYUL
2434

Maliyyə Nazirliyində banklarla bağlı - NÖVBƏDƏNKƏNAR İCLAS

2016-07-30 21:26:00

İyulun 29-da Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Nazirlikdən fins.az-a verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən iclasda Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.


İclasda qeyd edilib ki, Mərkəzi Bankın müraciəti «Əmanətlərin sığortalanması haqqında» Qanunun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş 4 bankın – “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272