BANK

Unibank: «Biz bağlanmırıq» - RƏSMİ BƏYANAT
30 İYUL
2581

Unibank: «Biz bağlanmırıq» - RƏSMİ BƏYANAT

2016-07-30 21:18:00

«UNİBANK Kommersiya Bankı» son günlər bağlanacağı barədə yayılan məlumatlarlarla əlaqədar olaraq bəyanat yayıb. Bankdan fins.az-a verilən məlumata görə, bəyanatda deyilir: 

«Son günlərdə bəzi qeyri-ciddi xəbər saytlarında guya Unibankın bağlanacağı ilə bağlı əsassız, heç bir fakta əsaslanmayan məlumatlar yayılır. Bu yazılar bəzi aktiv facebook səhifələrində paylaşılır.

Unibank olaraq rəsmi şəkildə bəyan edirik ki, jurnalistika, xəbərçilik prinsiplərini kobud şəkildə pozan, maliyyə savadlılığı çox aşağı səviyyədə olan bu yazılar heç bir fakta söykənmir və kimlərinsə dayaz təfəkkürünün məhsuludur.

Ölkənin ən böyük və stabil maliyyə təsisatlarından olan Unibank Kommersiya Bankı fəaliyyətini uğurla davam etdirir və müştəriləri qarşısında öhdəliklərini tam yerinə yetirir. 24 ildir ölkə vətəndaşlarımıza xidmətdən qürur duyan və öz məhsul və xidmətlərində hər zaman müştəri məmnuniyyətini əsas tutan bankımız hələ uzun illər ölkəmizin inkişafına xidmət edəcək.

Bu gün Unibankın məhsul və xidmətlərindən istifadə edən vətəndaşlarınızın sayı 800 000-dən çoxdur. Yaxın gələcəkdə sıralarımızın daha da genişlənəcəyinə inanırıq. Bu şayiələri yayan mətbuat nümayəndələrini isə maliyyə bazarında sabitliyi pozmağa yönəlmiş aqressiv və yalan məlumatlar yaymağa deyi, ciddi və ölkənin stabilliyinə yönələn fəaliyyətlə məşğul olmağa çağırırıq.

Bildirmək istəyirik ki, belə qeyri-ciddi, panika yayan və ictimai-iqtisadi sabitliyi pozan şayiələr hüquq-mühafizə orqanlarının araşdırma predmeti ola bilər. Bank olaraq gələcəkdə belə qeyri-ciddi bulvar saytlarının yaydığı şayiələrə reaksiya verməyəcəyik».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274