BANK

Beynəlxalq Bankı necə sağlamlaşdırırlar? – MARAQLI MƏQAMLAR
30 İYUL
1056

Beynəlxalq Bankı necə sağlamlaşdırırlar? – MARAQLI MƏQAMLAR

2016-07-30 11:08:00

Azərbaycan Beynəlxalq Bankının audit hesabatı açıqlanıb.  Hesabat bankın mövcud maliyyə vəziyyətini və sağlamlaşdırma tədbirlərinin bir hissəsini özündə əks etdirib. Auditi "Delloite" şirkəti keçirib.

Xalis artım yüksəlib

Fins.az bildirir ki, sənədə əsasən, 31 dekabr 2014-ci il tarixinə bankın cəmi  aktivləri 9,196,768 min AZN, 2015-ci ilin sonunda isə - 13,657,275 min AZN təşkil edib. Bankın öhdəlikləri isə illər üzrə müvafiq olaraq 8,512,184 min AZN-dən 2015-ci ilə 12,943,235 min AZN-ə yüksəlib. 2014 və 2015-ci illərdə uyğun olaraq mənfəət 25,510 min AZN və 812,187 min AZN olub. Bankın borc qiymətli kağızlarının buraxılmasından daxil olmalar 2014-cü ildə 318,101 min AZN olduğu halda, 2015-ci ildə 69,371 AZN-ə düşüb. Pul vəsaitləri və onun ekvivalentində xalis artım isə 170,110 min AZN-dən 1,004501 min AZN-ə yüksəlib.

Səhmdarlar kimlərdir?

ABB-nin səhmdarları arasında 15 hüquqi şəxs , 1762 fiziki şəxs mövcuddur. Bankın törəmə müəssisələrinin sırasına ABB Moskva, Azericard, Beynəlxalq Sığorta şirkəti, ABB Gürcüstan MMC-ləri, "Joint  Leasing" (Beynəlxalq lizinq) QSC, Bakı Banklararası Valyuta Birjası daxildir. “ABB Moskva”, “Azericard”, “Beynəlxalq Sığorta Şirkəti”ndə ABB-nin təsisçi payı/səsvermə payı 100% təşkil edir. "ABB Gürcüstan"da 75%, "Joint  Leasing"də 47,6%, BBVB-də isə 20% paya malikdir.Bankın2015-ci ilin əvvəlində 1418 işçisi, 2016–cı ilin 1 yanvar tarixinə isə ixtisar nəticəsində 1304 nəfər işçisi qalıb.

Xarici borcun restrukturizasiya edilməsi

Manatın iki dəfə devalvasiyaya uğraması nəticəsində bankın aktivlərinin keyfiyyətində azalma, problemli kreditlərin artması, likvidlik mövqeyinin zəifləməsi səbəbindən Azərbaycan höküməti Beynəlxalq bankın və onun törəmə şirkətlərinin kapital mövqeyini möhkəmləndirmək üçün bir sıra tətbirlər görüb. 2015-ciil in martın 29-da 51,095 min AZN nominal dəyərində 189,240 min səhm emissiya edib.

Bundan sonra ölkə prezidenti dövlət səhmlərin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırması tədbirləri haqqında fərman imzalamışdı. Yeni idarəetmə strategiyasının əsas məqsədi ABB qrupuna daxil olan şirkətlərin xarici borcunun restrukturizasiya edilməsi, kapital çatışmamazdığının aradan qaldırılması, təşkilatı strukturun təkmilləşdirilməsidir.

Problemli kreditlər zənciri

Qrupdan problemli kreditlərin “Aqrarkredit” QSC-ə ötürülməsi üzrə aktiv maliyyə əməliyyatları aparılıb. Ötürmə dəyəri Qrupun bütün balans və balansdankənar hesabları daxil olmaqla tam dəyər hesab olunması nəzərdə tutulub. Beləliklə, 2015-2017-ci illər ərzində ABB-nin öz portfelini hissələrlə “Aqrarkredit” QSC-ə ötürülməsi üzrə mərhələli plan hazırlanıb. Artıq bankın yeni rəhbərliyinin hazırladığı strategiya əsasında ötürülmə prosesi və gəlirliyi artırmaq üçün əməliyyatların təkmilləşdirilməsinə başlanılıb. Proses isə belədir: Problemli kreditlərin alınmasını maliyyələşdirmək məqsədilə “Aqrarkredit” QSC tərəfindən 4 milyard məbləğində istiqraz buraxılıb. Həmin istiqrazlar isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən alınıb.

Qrupun rəhbərliyi 28 dekabr 2015-ci il tarixində problemli kreditlərin tanınmasını dayandıraraq ikinci mərhələ üzrə “Aqrarkredit”dən 5.3 milyard manat məbləğində diskontlaşdırılmış alınacaq vəsaitləri uçotda tanımışdır. Qrup aktivlərin ötürülməsinin birinci və ikinci mərhələləri ilə əlaqədar “Aqrarkredit”-dən 1,0 milyard manat əldə edib.  

Borcların məbləği  

Hesabata əsasən, Bankın kredit və debütor borclarının 31 dekabr 2015-ci ilə olan ümumi məbləği 6,557,376 min AZN olub. 2014-cü ilin analoji dövründə isə bu rəqəm 8,704,795 min AZN təşkil edib. 31 dekabr 2015-ci il tarixinə beynəlxalq maliyyə institutlarından 2,262,979 min AZN məbləğində kredit və əlaqəli kreditvermənin uçotda ilkin tanınması ilə bağlı gəlir və ya zərərin yarana biləcəyini də nəzərdən keçirib.

Hesabat ilində Qrup bir müştəridən – neft sənayesində fəaliyyət göstərən dövlət təşkilatlarından cəmi 1930, 128 min AZN və digər bir dövlət orqanından 183,800 min AZN məbləğində ümumi müştəri hesablarının 30%-ni təşkil edib. Bu bank üçün əhəmiyyətli müştəri hesabıdır. 

Hesabat tarixindən sonra...

21 yanvar 2016 və 22 fevral 2016-cı il tarixlərində “Aqrarkredit” QSC Bankın birinci və ikinci mərhələlər üzrə debütor borclarının müvafiq olaraq, 500,000 min AZN və 490,000 min AZN məbləğində hissəsini geri ödəyib. Həmçinin 30 oktyabr 2016-cı il qərarı ilə “ABB Moskva”nın səhmdar kapitalı 30 milyon ABŞ dollarına çatdırılıb. Həmçinin bankın səhmdarları 2016-cı il ərzində ABB-nin səhmdar kapitalını 500,000 min AZN həcmində artırmağı planlaşdırır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270