BANK

"Kapital Bank" xaricdəki tərəfdaş müxbir banklarını dəyişib
28 İYUL
169

"Kapital Bank" xaricdəki tərəfdaş müxbir banklarını dəyişib

2016-07-28 16:29:00

“Kapital Bank” ASC bir sıra valyuta növləri üzrə xaricdəki tərəfdaş müxbir banklarını dəyişib. Fins.az “Report”-a istinadən xəbər verir ki, Bankın müxbir əlaqələrində olan bir çox xarici banklar yerli banklarla əvəz edilib.

Məlumata görə, “Kapital Bank”ın ABŞ dollarında aparılan əməliyyatlar üzrə müxbir bankları siyahısından ABŞ-ın “Citibank N.A.” və Almaniyanın “Commerzbank AG”-nin adı çıxarılıb və yerinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adı əlavə olunub.

Həmçinin, avro əməliyyatları üzrə Almaniyanın “Commerzbank AG”-nin və “Citibank N.A.”-nin London bölməsini “Azərbaycan Beynəlxalq Bankı” ASC əvəz edib.

Rusiya rublu ilə bağlı müxbir bankların siyahısına isə “Paşa Bank” ASC-nin adı əlavə edilib.

Bundan əlavə, “Kapital Bank”ın Britaniya funt sterlinqində aparılan əməliyyatlar üzrə müxbir bankı da dəyişib. Bu valyuta növündə müxbir əlaqələrinə malik “Сommerzbank AG” Avstriyanın “Raiffeisen Bank İnternational AG” ilə əvəz edilib.

Eyni zamanda, “Kapital Bank” İsveçrənin “Banque de Commerce et de Placements (BCP)”də İsveçrə frankında olan müxbir hesabını ləğv edib.

Qazaxıstanın tengesi ilə əməliyyatlar isə bu ölkənin “Bank Centercredit” Ortaq Səhmdar Cəmiyyəti ilə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272