BANK

Bankdan böyük mənfəət - HESABAT
28 İYUL
547

Bankdan böyük mənfəət - HESABAT

2016-07-28 12:00:00
“Ziraat Bank Azərbaycan” hesabatını açıqlayıb. Statistikaya əsasən cəmi gəlirləri 5 milyon 983 min AZN, hesabat rübü üçün faiz və gəlirlərin bu qəbildən olan növləri 12207,72 min AZN, xalis faiz mənfəəti isə 1894,94 min AZN təşkil edib. Bakın qeyri-faiz gəlirləri, cəmi 711,95 min AZN, kreditlər üzrə faizlər isə 1390,3 min AZN olub. 
Həmçinin əsas xərclər çıxıldıqdan sonra Bankın  əməliyyat mənfəəti 3 milyon 289,25 min AZN-ə yüksəlib. Vergilər ödənildikdən sonra xalis mənfəət hesabat rübü üçün 1499,65 min AZN, ilin əvvəlindən bəri 3494,89 min AZN-ə çatıb. Bu ilin 6 ayında Bank mənfəət vergisi ödəməyib.
“Ziraat Bank Azərbaycan”nın cəmi aktivləri 112 milyon 978,1 min manat, kredit portfeli 28 milyon 627 min manat, cəmi öhdəlikləri 55 milyon 449,71 min manat təşkil edib. Depozit portfeli 26 milyon 889 min manat, cəmi kapitalı isə 57 milyon 528,38 min manat olub. 
Bankın nizamnamə kapitalı 50 milyon AZN, məcmu kapitalı 57211,969 min AZN təşkil edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272