BANK

Dolların Azərbaycanda bahalaşmasının – SƏBƏBLƏRİ
27 İYUL
2427

Dolların Azərbaycanda bahalaşmasının – SƏBƏBLƏRİ

2016-07-27 11:52:00

26 maydan bu yana (2 aydır) ABŞ Dolları Azərbaycan Manatı qarşısında bahalaşır.

26 May 2016-cı il tarixində 1,4900 səviyyəsinə düşən USD/AZN məzənnəsi bu gün 1.5787 manat səviyyəsinə qalxıb. Hətta bəzi banklar 1.60 manatdan dollar alırlar.  

Mərkəzi Bankın keçirdiyi hərraclarda dollara yüksək tələb qalmaqdadır. Bu ay hərracda banklara 550 milyon dollar satılıb.

Bəs Azərbaycanda idxalın kəskin artmadığı bir şəraitdə nə üçün banklar bu qədər yüksək məbləğlərdə dollar alırlar? Fins.az "Marja"-ya istinadən bu sualın cavabını təqdim edir.

1. Məlumata  görə, bir neçə bank iri məbləğdə xarici borcunu qaytarmaqdadır. Hazırda Azərbaycan banklarının 7 milyard manat civarında xarici öhdəlikləri mövcudur. Xarici borclar dollar ilə qaytarıldığından banklar dollar almaq məcburiyyətindədirlər.

2. Bank Standard-ın sağlamlaşdırılması çərçivəsində əhalinin əmanətləri geri qaytarılır. Bankda 500 milyon manatdan çox qorunan əmanətin böyük hissəsi dollardadır. Dövlət büdcəsindən bu banka manatla yardım edilib. Əmanətçilər isə öz pullarını manatda deyil, dollarda geri tələb etdiklərindən Bank Standard da hərracdan xeyli dollar almaqdadır.

3. Ajiotaj. Dolların rəsmi qiymətinin qalxması ilə bərabər neft ucuzlaşır. Bir çoxları dolların daha da bahalaşacağını hesab edərək dollar alırlar. Belə alışlara “Dollar 1.80 manata çıxacaq” kimi açıqlamalar da təsir edir. Brexit referendumu da ajiotajın artmasına təsir etmişdi. Həmçinin bir çoxları dolları baha satmaq üçün aşağı qiymətlərdən alıb.

4. İdxal. Biznesmenlərə xaricdən mal idxalı üçün dollar tələb olunur. Düzdür, İyunda Azərbaycanın idxalı ixracını üstələyib. Amma idxal kifayət qədər yüksək olu. İyun ayında  Aərbaycanın idxalı 716 milyon 18.07 min dollar, ixracı isə 772 milyon 527.26 min dollar, saldo isə müsbət 56 milyon 509.19 min dollar təşkil edib. Ümumiyyətlə, yanvar-iyun aylarında idxal əməliyyatları üzrə 4 milyard 47 milyon 231.98 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 13.98% azalmışdır), ixrac əməliyyatları üzrə 3 milyard 821 milyon 461.66 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 38.67 % azalmışdır) ticarət həcmi qeydə alınıb.Yanvar-İyun aylarında saldo mənfi 225 milyon 770.33 min dolları olub.

5. Əhali banklardan əmanətlərini geri götürməkdə davam edir. Əhliyə dollar əmanətlərinin  geri ödəinlməsi məzənnəyə artım istiqamətində təsir edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272