BANK

​Azərbaycan Beynəlxalq Bankında yeni təyinat
27 İYUL
609

​Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

2016-07-27 11:48:00

"Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yeni təyinat olub. Fins.az-ın "Report"-a istinadən məlumata görə, Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov Nəbi Əliyevi özünə müşavir təyin edib.

N.Əliyev buna qədər Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamenti xarici nəzarət şöbəsinin müdiri olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.

Eləcə də bax: Beynəlxalq Bankın səhmdarlarının yığıncağı keçirilib

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb.

Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" bank olmayan kredit təşkilatına, qalan 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274