BANK

"VF AzərKredit" 11 milyon manata yaxın ziyan edib
26 İYUL 2016
281

"VF AzərKredit" 11 milyon manata yaxın ziyan edib

2016-07-26 16:25:00

VF AzərKredit bank olmayan kredit təşkilatı 2015-ci ili 10 milyon 758 min manat zərər ilə başa vurub.

Fins.az Marja-ya istinadən xəbər verir ki, ötən il təşkilatın faiz gəlirləri 25 milyon 618 min manat, faiz xərcləri 6 milyon 589 min manat, ayırmadan əvvəlki faiz gəliri 19 milyon 29 min manat təşkil edib. Təşkilat faiz gəlirinin 13 milyon 477 min manatını mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına ayırıb.

Təşkilatın illik xalis faiz gəliri 5 milyon 552 min manat, inzibati və digər xərclər 17 milyon 24 min manat təşkil edib. Nəticədə VF AzərKreditin 11 milyon 472 min manat zərəri yaranıb.

714,8 min manat mənfəət vergisi faydası hesabına zərər 10 milyon 758 min manata düşüb.

VF AzərKreditin illik hesabatı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300