BANK

"Expressbank"-ın tərkibində dəyişiklik
26 İYUL
477

"Expressbank"-ın tərkibində dəyişiklik

2016-07-26 14:21:00

”Expressbank” ASC-nin səhmdarlarının tərkibində dəyişiklik olub. 

Fins.az-ım "Report"-a istinadən məlumatına görə, hazırda “Expressbank”ın səhmləri iki hüquqi və iki fiziki şəxsə məxsusdur. Halbuki, indiyə qədər Bankın səhmləri 4 hüquqi şəxs (“Ador” MMC – 42%, “AZENCO Group” – 40%, “EnerqoServis” MMC – 17,69%, “Avtonəqliyyatservis” MMC – 0,31%) arasında bölüşdürülmüşdü.

Bank “Kommersiya sirri” haqqında qanunun 4.1.2-ci maddəsini (təsisçilər (səhmdarlar) və onların payları haqqında məlumatların kommersiya sirri təşkil etməsi) əsas gətirərək səhmdarlarının adlarını açıqlamayıb.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 122 443 550 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 328,9 manat olan 372 282 səhm əsasında formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272